2.488 gösterim
62,20 viral puan

Mehriban Əliyeva və Muğam

EhmedBabayev 04.11.2016 saat 12:17
  1. 1.

    Muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir – Mehriban Əliyeva... Muğam Azərbaycanın milli sərvəti kimi dünya musiqi xəzinəsinin incisidir. Bu barədə çərşənbə günü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Fondun yeni layihələrinin təqdimatında bildirib.Heydər Əliyev Fondu muğamın qorunması və təbliği məqsədilə bu gün iki layihəni - "Azərbaycan Muğamı" multimedia toplusunu və "Muğam Aləmi" nəşrini təqdim edib.Dərs vəsaiti kimi təqdim olunan "Azərbaycan Muğamı" multimedia toplusuna muğamın növləri, janrların mənşəyi, musiqi məzmunu və kompozisiya xüsusiyyətləri barədə məlumatlar daxildir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb."Azərbaycan muğamı barədə ilk multimedia dərs vəsaiti unikal layihədir, - Mehriban Əliyeva qeyd edib. - Bu topluda Azərbaycan muğamının tarixi, onun Azərbaycan incəsənətində rolu və yeri, Azərbaycanın xalq çalğı alətləri, görkəmli şəxsiyyətləri barədə məlumatlar əks olunub"."Heç bir dərs vəsaiti muğam ustadları ilə canlı ünsiyyəti əvəz edə bilməz. Muğam bütün dövrlərdə yaşayıb və səslənib. Siyasi, ictimai və iqtisadi durumdan asılı olmayaraq mədəniyyətmizdə öz yerini qoruyub saxlayıb. Muğam sirlərinin nəsillərdən-nəsillərə ötürülməsində muğam ustadlarımızın rolu çox böyükdür", - Heydər Əliyev Fondunun prezidenti vurğulayıb.Mehriban Əliyevanın sözlərinə görə, Fond tərəfindən təqdim olunan ikinci layihə 2009-cu ilin mart ayında keçirilən Beynəlxalq Muğam Festivalına həsr olunub. 33 DVD diskin cəm olduğu topluda Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları toplanıb.Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi bütün dünyaya muğamın Azərbaycanın milli sərvəti, həmçinin dünya musiqi xəzinəsinin incisi olmasını bir daha sübut etdi."Festival bir daha sübut etdi ki, muğam sərhəd tanımır və artıq muğamsevərlərin bir görüş yeri var və bu məkan Bakıdır", - Mehriban Əliyeva deyib.Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq "Azərbaycan muğamları" layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu böyük maraqla qarşılanan ilk və uğrulu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir.Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirəcək gənc istedadlı ifaçıları üzrə çıxarmaq və muğam sənətini dünyaya təbliğ etmək məqsədi daşıyır.Təqdimatda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycanın xalq artisti Arif Babayev və ilk Beynəlxalq Muğam Festivalının qalibi Təyyar Bayramov Heydər Əlyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya Azərbaycan muğamının bütün dünyada təbliği və inkişafına görə minnətdarlığını bildirib.
  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 2.205 gösterim
  • Twitter: 1 gösterim

  • Toplam Viral: 2.207 gösterim
  • Toplam Seed: 40 gösterim
  • Toplam Direkt: 241 gösterim
  • Viral Puan: 62,20