3.089 gösterim
56,16 viral puan

Kamələddin Heydərov Hindistanda

EhmedBabayev 04.11.2016 saat 21:07
  1. 1.

    Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti noyabrın 3-4-də Hindistanın Nyu-Delhi şəhərində Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNISDR) və Hindistan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edib. FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransın gündəliyinə BMT-yə üzv dövlətlər tərəfindən 2015-ci ildə qəbul olunmuş Sendai Platformasının nəzərdən keçirilməsi, Asiyada fəlakət təhlükəsinin azaldılması üzrə inkişaf proqramlarının müzakirəsi və qarşılıqlı fəaliyyət planının təsdiqi daxil edilib.Konfransda Hindistanın baş naziri Narendra Modinin açılış nitqindən sonra nazirlərin çıxışları dinlənilib. Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, BMT və onun uyğun qurumları çərçivəsində əməkdaşlıq münasibətlərindən bəhs edib, fəlakətlərin effektli idarə olunması üçün beynəlxalq əməkdaşlığın qaçılmaz olduğunu diqqətə çatdırıb. Sonda tədbirdə müzakirə olunan məsələlərə dair Birgə Bəyannamə və Sendai Platforması çərçivəsində Fəaliyyət Planı qəbul olunub. Tədbir çərçivəsində, həmçinin, bir sıra ölkələrin fövqəladə hallarla mübarizə sahəsində məsul qurumlarının rəhbərləri ilə görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 2.696 gösterim

  • Toplam Viral: 2.698 gösterim
  • Toplam Seed: 55 gösterim
  • Toplam Direkt: 336 gösterim
  • Viral Puan: 56,16