1.042 gösterim
26,72 viral puan

"ƏL Mənərə jurnalı" Birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyətləri haqda məqalə hazirlayib

EhmedBabayev 04.11.2016 saat 13:19
  1. 1.

    “Əl-Mənərə” jurnalında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilibƏrəb dünyasında nüfuzlu “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib. Məqalədə Mehriban Əliyevanın ziyalı ailədən olduğu bildirilib, Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva haqqında oxuculara dolğun məlumatlar çatdırılıb. Ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılıb, Azərbaycanın birinci xanımının həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilib, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanıb. Məqalədə Mehriban Əliyevanın 2004-cü ildə regionda ən böyük qeyri-hökumət təşkilatını təsis etdiyi bildirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu təşkilatın Azərbaycan reallıqlarının dünyada geniş təbliği ilə yanaşı, Heydər Əliyev irsinin yeni və gənc nəslə öyrədilməsində mühüm rol oynadığı diqqətə çatdırılıb. Müəllif Heydər Əliyev Fondunun çoxvektorlu fəaliyyəti haqqında ətraflı məlumat verib. Bu xüsusda, Mehriban Əliyevanın gündəlik fəaliyyətlərində sosial və humanitar aspektlərin öndə getdiyi vurğulanıb, ölkəmizdə kimsəsiz uşaqların və yaşlıların problemlərinin həll edilməsi yolunda mühüm işlərin görüldüyü oxucuların diqqətinə çatdırılıb. Fondun xətti ilə yeni təhsil, səhiyyə və incəsənət ocaqlarının inşa edildiyi, insulin və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə aksiyaları və s. sosial təşəbbüslərin həyata keçirildiyi bildirilib. Ümumbəşəri dəyərlər, sülh və dözümlülüyün yayılması işində Heydər Əliyev Fondunun fəaliyyətinə gəlincə, məqalədə bu təşkilatın Azərbaycanda fərqli sivilizasiyalar arasında əməkdaşlıq və dialoq mövzusunda çoxsaylı tədbirlər keçirməklə, Luvr Muzeyində İslam incəsənəti bölməsini təsis etməklə, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin Şəhər Sarayında və digər Avropa şəhərlərində qədim tarixi binaların və Vatikanda qədim əlyazmaların bərpasında, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirinin həyata keçirilməsində yaxından iştirak etməklə qlobal tolerantlıq ideyasında və dünya mədəniyyətində izlər qoyduğu bildirilib. Məqalədə Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq humanitar tərkib hissəsinə nəzər salınaraq, Heydər Əliyev Fondunun Rumıniya, Haiti, Pakistan və başqa dövlətlərdə baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara təcili surətdə yardımlar etdiyi vurğulanıb. Fondun Pakistanda peyvənd və qan donorluğu aksiyaları, açıq ürək əməliyyatları keçirdiyi, Pakistan Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr etdiyi qeyd olunub. Eyni zamanda, göstərilən bütün xeyirxah işlərin Mehriban Əliyevaya UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazandırdığı bildirilib.
  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 761 gösterim

  • Toplam Viral: 777 gösterim
  • Toplam Seed: 39 gösterim
  • Toplam Direkt: 226 gösterim
  • Viral Puan: 26,72
şu an popüler