696 gösterim
14,50 viral puan

DAMM-ın 20 illik yubileyi

kamaladdin heydarov 31.10.2016 saat 15:53
  1. 1.

    Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin 20 illik geniş fəaliyyəti ilə bağlı konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə öz işinə başlayıb.Konfransda elm xadimləri, ziyalılar, dünyanın bir çox yerlərindən ölkəmizə gələn qonaqlar: Kahramanmaraş Sütçü İmam Universitetinin Rektoru Prof Dr. Durmuş Deveci, Rektor yardımçısı Prof Dr. İbrahim Solak, Kayseri İl KültürTurizm Müdürü İsmet Taymuş, Kahramanmaraş Azərbaycan Eğitim Kültür ve Dayanışma Derneği Başkanı Tural Şahbazlı və digər şəxslər iştirak edirdilər.Konfrans iştirakçılarını salamlayan İctimai Nəzarət Koalisiyasının sədri və DAMM-ın vitse-prezidenti Rasim Məmmədov hesabat xarakterli çıxış etdi. O, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bu günədək gördüyü işləri diqqətə çatdırdı. Rasim Məmmədov DAMM-in təsisçisi, mərhum xalq şairi Söhrab Tahiri özünün mənəvi atası adlandırıb. Və Söhrab Tahirin ölkənin mədəni tarixində gördüyü xidmətlərdən danışıb."Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi 20 illik geniş fəaliyyəti ölkə ictimaiyyəti arasında və beynəlxalq aləmdə hər zaman maraqla qarşılanıb. Bunu həyata keçirdiyimiz layihələr, çox istiqamətli fəaliyyətimiz, milli diaspor siyasətinə verdiyimiz dəstəyimizlə sübut etmişik. Uzun müddət DAMM İB-nə rəhbərlik etmiş, Güney Azərbaycan düşüncə adamı, ədəbiyyatımızın,mədəniyyətimizin, milli dəyərlərimizin dünyada tanınmasında əvəzsiz xidmətləri olan, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq Azərbaycanın xalq şairi, “Şöhrət”ordenli Söhrab Tahir haqq dünyasına qovuşduğundan, onun milli-mədənimissiyasını davam etdirmək bizim mənəvi borcumuzdur", deyə Rasim Məmmədov qeyd edib.Sonra konfransda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəaliyyətindən bəhs edən film göstərildi.Tədbirdə çıxış edənlər qonaqlar ölkəmizin mədəniyyət tarixindən söz açdılar. Bildirildi ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi respublikamızla xarici ölkələr arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayır.Daha sonra Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinə vitse-prezidentlərin təyin olunması, təşkilatın idarə heyyətinə yeni üzvlərin seçilməsi, qadınlar şurasına nümayəndələrin təyin edilməsi üzrə səsvermə keçirildi. Səsvermənin nəticələrinə uyğun olaraq qərarlar qəbul edildi. DAMM-nin 20 illik tədbirində fiziki məhdudiyyətli insanların əl işləri eyni zamanda qədim xalçalardan ibarət sərgi təşkil olunmuşdu.Konfransa gələn qonaqlar sərgi ilə tanış oldular. Daha sonra isə fiziki məhdudiyyətlilərin ifasında mahnılar səsləndirildi, onların rəqsləri izlənildi.Konfransın sonunda xatirə şəkli çəkdirildi.Xatırladaq ki, Yubiley tədbirləri və Konfrans Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və başqa dövlət qurumlarının yardımı ilə təşkil olunub.
  2. 2.

  3. 3.

  4. 4.

  5. 5.

  6. 6.

  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 384 gösterim

  • Toplam Viral: 385 gösterim
  • Toplam Seed: 48 gösterim
  • Toplam Direkt: 263 gösterim
  • Viral Puan: 14,50
şu an popüler