Prezident İlham Əliyev sərəncam imzaladı 3.11.2016

Xeberlerazz

Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Qırx dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sabunçu-Ramana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,6 milyon (bir milyon altı yüz min) manat ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər. İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 3 noyabr 2016-cı il.

Kemaleddin Heyderov Lenkeranda vetendaslari qebul edib